“65 mini səhhətimə görə almışam” - Məhkəmədə etiraf

Külli miqdarda mənimsəmədə təqsirləndirilən “Azərşəkər” MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev, onunla birlikdə ittiham olunan Əvəz Süleymanov və Ruslan Ələsgərovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Avtosfer.az Oxu.az-a istinadən xəbər veirr ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əvəz Süleymanov ifadə verib.
O, ifadəsində bildirib ki, “Azərşəkər”də Texniki və Texnoloji İşlər üzrə direktor müavini və digər vəzifələrdə çalışıb:
“Mən heç bir layihədə mənimsəmə etməmişəm. Çünki vəzifəm buna imkan vermirdi. Mən sadəcə texniki qiymətləndirmədə iştirak edirdim. Layihəyə nə qədər məbləğ ayrıldığını iş başlayandan sonra bilirdim. Torpağı çox yaxşı tanıyıram, əraziləri bilirəm. Bəzən layihələrə nəzarət edirdim. Pul işlərinə maliyyə şöbəsi, mühasibatlıq baxırdı. İşimin 60-70 faizi rayonlarda keçirdi. Mən texniki adamam, maliyyə işləri məni maraqlandırmırdı. Bu işə niyə məni cəlb etdiklərini bilmirəm, sadəcə texniki problemlərin həllinə kömək etmişəm. Əməkhaqqımdan əlavə heç bir pul almamışam”.
Təqsirləndirilən şəxs sualları cavablandırarkən bildirib ki, onun Anar Mehdiyevlə yalnız texniki mövzularla bağlı söhbətləri olub.
O, hakimlərin suallarını cavablandırarkən isə qeyd edib ki, Ruslan Ələsgərovdan pul alıb:
“Mən iki dəfə Ruslan bəylə görüşərək ondan ümumilikdə 65 min manat pul almışam. Bu vəsaiti səhhətimlə bağlı xərclər üçün götürmüşəm”.
Növbəti məhkəmə prosesi mayın 14-nə təyin edilib.
Qeyd edək ki, ittihama görə, təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 800 min manat məbləğində vəsaiti mənimsəyiblər. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 313-cü (vəzifə saxtakarlığı) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
Onların barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslər ibtidai istintaq dövründə vurulan ziyanı tam ödəyiblər.
Zərərçəkmiş qismində “Azərşəkər” MMC və “Dastan Agro” şirkəti tanınıb.
Anar Mehdiyev 2024-cü ilə qədər “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri olub. O, eyni zamanda “Dastan Agro” MMC-nin təmsilçisidir.
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ












