ABŞ-də faciə: Atasının maşında unutduğu uşaq istidən ölüb

ABŞ-nin Florida ştatında günəş altında park edilmiş avtomobildə uşağın cəsədi tapılıb. Uşağın atası onu uşaq bağçasına apararkən səhvən maşında unudub.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə "New York Post" (NYP) nəşri yerli polisə və məktəbəqədər müəssisənin əməkdaşlarına istinadən məlumat verib.
"Oğlanın atası onu səhər uşaq bağçasına aparmalı idi, lakin oğlunun hələ də maşında olduğunu unudub və işə gedib. Atası uşağı götürmək üçün uşaq bağçasına getdiyi zaman başa düşüb ki, onu, ümumiyyətlə, oraya aparmayıb", - deyə məlumatda bildirilib.
Yetkinlik yaşına çatmayan uşağın cəsədini axtarışlarda iştirak edən uşaq bağçasının direktoru Lesli Novoa aşkar edib. Məhz o, avtomobilin qapısını açıb və arxa oturacaqda öz yetirməsini ölü tapıb. Uşaq bağçasının direktoru hadisəni ortaq faciə adlandırıb.
Polis hadisənin səbəblərini araşdırır. Qeyd olunur ki, bu insident artıq uşaqlarla bağlı üçüncü haldır - Floridada havanın temperaturu hazırda orta hesabla +38 dərəcəyə çatır.
Türkiyədə taksi tətbiqində dəhşət iddiası: "Mənə toxundu, etiraz edəndə məni magistral yolda düşürdü" - VİDEO
Binəqədidə yoldakı təhlükəli çuxur sürücünü maddi ziyana saldı - VİDEO
İstinin təsirindən Eyfel qülləsi böyüdü - FOTO
Ukrayna iki şəhəri birləşdirən körpünü MƏHV ETDİ - FOTO
DSK yolunda güclü yanğın – FHN əraziyə cəlb olundu - VİDEO
Bakıda qeyri-adi hadisə: "Prius" pilləkənlərdən asılı qaldı - VİDEO
Yaşlı qadın avtomobilin qarşısına qaçdı - Sürücü son anda faciənin qarşısını aldı - VİDEO
Xırdalanda aylardır qapaqsız qalan lyuk budaq və daşlarla nişanlandı - VİDEO
Masazırda lük qapağının yerinə "baçok" qoyublar - VİDEO
Prospektdə görünməyən işıqfor sürücüləri çətin vəziyyətdə qoyur - VİDEO
Bakıda sürücüdən qayda pozan piyadaya sərt irad: “Uşağı vursaydım nə olacaqdı?” - VİDEO










