Arvadını görməyə gedən kişi döyüldü

Kürdəmir rayonunda 2004-cü il təvəllüdlü Nəsib şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qohumu Cəlilə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.
Avtosfer.az-ın Demokrat.az-a istinadən məlumatına görə, hadisə Kürdəmir rayonunun kəndlərindən birində baş verib. Nəsib kənd ərazisində qohumu Cəlilin nənəsigilə gələrək, onu narahat etməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı onun boğazından əli ilə sıxıb və yumruqla sifətindən bir-neçə dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Nəsibin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəsib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Cəlil onun qohumudur, münasibətləri həmişə yaxşı olub:
"Məlum hadisə günü, saat 22 radələrində nənəm Sonanın evindən səs-küy gəldiyini eşidərək oraya getmək üçün küçəyə çıxdım. Həmin vaxt küçədə qohumum Cəlili gördüm. Cəlilə bir daha bu evə gəlməməsini dedim və bununla bağlı aramızda mübahisə baş verdi. Bu zaman Cəlilin üzərinə gedərək boğazından tutdum, sifətinə bir-neçə dəfə yumruqla vurdum. Cəlili vurarkən orada bizdən və nənəmdən başqa heç kəs olmayıb. Sonradan etdiyim hərəkətlərə görə peşman oldum. Cəlil ilə barışmışam, Cəlilə dəymiş ziyanı tamamilə ödəmişəm. Cəlil məni bağışlayıb".
İş üzrə zərərçəkmiş qismində ifadə verən Cəlilin sözlərinə görə, təqsirləndirilən Nəsib onun qaynı oğludur, aralarında ədavət və düşmənçilik olmayıb:
"Hadisə günü saat 22 radələrində arvadım Güneli görmək üçün qayınanam Sonanın yaşadığı evə getdim. Qayınanam mənə irad tutdu, aramızda mübahisə düşəcəyini görərək küçəyə çıxdım. Küçədə Nəsib ilə rastlaşdım. Aramızda gedən söhbət zamanı Nəsib mənə "sənə deməyiblər buraya gəlmə", - dedi. Həmin vaxt arvadım Güneli görməyə gəldiyimi deyərək işlərimə qarışmamağı məsləhət gördüm. Bu vaxt Nəsib sözlərimdən əsəbiləşərək üzərimə gəldi, boğazımdan yapışdı və yumruqla sifətimə bir-neçə dəfə vurdu. Ayağa qalxaraq Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurdum, baş verənlər barədə məlumat verdim. Həm də Kürdəmir Rayon Polis Şöbəsinə gedərək ərizə yazdım".
Bu cinayət işinə Kürdəmir Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Nəsibin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı
Muzeydən milyonlarla dəyəri olan nadir eksponat oğurlandı
Xırdalanda yolu qazıb yarımçıq qoydular – Sürücülər çətinlik çəkir - VİDEO
Maşınların arasından çıxan piyada qəzadan güclə qurtuldu - VİDEO
Psixoloq fəaliyyəti ilə bağlı AEM-dən mühüm açıqlama: Sənədlərə diqqət EDİN
Bakıda məktəbli öldürüldü: Sinif yoldaşı tutuldu
Abşeronda toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır
Sükan arxasında sərxoş tutulan nazir həm avtomobilindən, həm də vəzifəsindən oldu
Bu ölkədə cərimə yol vergisindən daha səmərəlidir
Heyvanı buynuzundan bağlayıb başıaşağı saxladı: “Onsuz da kəsiləcək” - VİDEO
Öz kefi ilə hərəkət edən skuter sürücüsü az qala piyadanı vuracaqdı - VİDEO












