"Astana" gəmisi Rumıniya sahillərində batdı, ÖLƏN var

Göyərtəsində beş heyət üzvü olan "Astana" yedək gəmisi martın 18-də Rumıniyanın Midiya limanında batıb, nəticədə bir nəfər ölüb, dörd nəfərin axtarışları isə davam edir.
Avtosfer.az Rumıniya KİV-nə istinadən xəbər verir ki, heyət üzvlərindən biri sahilə çıxarılıb, lakin onu həyata qaytarmaq mümkün olmayıb. Hazırda qalan dörd nəfərin axtarışı üzrə əməliyyat davam edir. Rumıniya hərbi dəniz qüvvələrinin rəhbərliyi onların həlak ola biləcəyini istisna etmir.
Hadisə yerinə təcili yardım briqadaları, dalğıclar və ixtisaslaşdırılmış xidmətlər göndərilib.
Rumıniya hərbi dəniz idarəsinin məlumatına görə, yedək gəmisi Midiya limanından təxminən 8 km məsafədə yerləşən Monbuy terminalına yan alarkən Marşal adaları bayrağı altında üzən "Amades" tankerinə kömək göstərilməsi manevri zamanı aşıb.
Hadisənin səbəblərini və şəraitini müəyyən etmək məqsədilə prokurorluğun koordinasiyası altında istintaq aparılır.
Rumıniya bayrağı altında üzən "Astana" yedək gəmisi 2006-cı ildə inşa edilib.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












