Azərbaycan dövlətinə və xalqına qarşı ağır cinayətlər törətmiş Zori Balayan ölüb

Azərbaycan dövlətinə və xalqına qarşı bir sıra ağır cinayətlər (soyqırımı, terror və s.) törətmiş Zori Balayan ölüb.
Avtosfer.az xəbər verir ki, onun ölümü ilə bağlı məlumatı Ermənistan mediası Z.Balayanın oğluna istinadla yayıb.
Qeyd edək ki, Z.Balayan ölkəmizə qarşı daim düşmən münasibəti bəsləyib və ağır cinayət əməlləri törədib. Onunla bağlı Azərbaycanda cinayət işi başlanılıb. Belə ki, 1980-ci illərin əvvəllərində yazdığı “Ocaq” adlı kitabda o, Qarabağın və Naxçıvanın “qədim erməni torpağı” olduğunu iddia edib. Balayan, həmçinin kitabda türkləri və azərbaycanlıları düşmən elan edib.
Bundan başqa, Z.Balayan “Miatsum” “hərəkatı”nın liderlərindən biri olub. O, Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılan ərazilərində qondarma rejimin yaradılmasında və silahlı birləşmələrin fəaliyyətinin koordinasiyasında yaxından iştirak edib.
Z.Balayan həm də 1992-ci ilin fevralında Xocalıda dinc əhaliyə qarşı törədilmiş soyqırımının birbaşa təşkilatçılarından və icraçılarından biri olub.
1994-cü il iyulun 3-də Bakı metrosunda - metronun “Gənclik” və “28 May” stansiyaları arasında baş vermiş terrorun sifarişçisi olub. Partlayış nəticəsində 12 nəfər həlak olur, 42 nəfər isə yaralanıb. Sonradan məhkəmədə terror hadisəsini törətmək barədə göstərişin Z.Balayan tərəfindən verildiyi məlum olub.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












