Bakıda "BakuBus" avtobusu YANIB? - RƏSMİ - VİDEO - YENİLƏNİB

"Bu gün səhər saatlarında ‘"BakuBus" MMC-nin istismarında olan 17 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusların birində nasazlıq halı qeydə alınıb".
Bu məlumatı "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva verib.
"Nasazlığın yaranmasına səbəb mühərrikin soyutma sisteminə aid boru xəttinə yağ sızması və yüksək temperaturun təsiri ilə buxarlanmanın baş verməsi olub. Sərnişinlər operativ şəkildə avtobusdan düşürülərək digər ehtiyat avtobusa yönləndiriliblər və marşrutun hərəkət qrafiki qısa müddətdə bərpa edilib.
Bildiririk ki, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi "BakuBus" MMC-nin fəaliyyətində əsas prioritet istiqamətlərdən biridir və bu istiqamətdə bütün zəruri tədbirlər davamlı olaraq həyata keçirilir", - deyə Ə.Əliyeva bildirib./oxu.az
***
Bakı şəhərində sərnişin avtobusunda yanğın baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı məlumat sosial şəbəkədə paylaşılıb.
Bildirilib ki, yanğın səhər saatlarında İnşaatçılar prospektində, Dövlət Statistika Komitəsinin yaxınlığındakı dayanacaqda qeydə alınıb. "BakuBus" MMC-yə məxsus 99-JU-824 dövlət nömrə nişanlı avtobus alışıb. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Hadisə zamanı sərnişinlər avtobusdan düşürülüblər.
Faktla bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












