Bakıda karqo şirkətində DAVA: Saxlanılan var - VİDEO

Bakıda karqo şirkətlərindən birinin ofisinə hücum etməkdə şübhəli bilinən şəxs müəyyən edilib, izahatı alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
"Vətəndaş F.Ələşrəfzadə martın 19-da Nəsimi rayonu ərazisində yerləşən ofislərin birində ona naməlum şəxs tərəfindən fiziki zor tətbiq edilməsi barədə polisə müraciət edib. Daxil olmuş müraciət əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib, izahatı alınıb", - məlumatda deyilir.
Vurğulanıb ki, hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır: "Araşdırmanın nəticəsinə əsasən məsələyə hüquqi qiymət veriləcək".
***
Bakıda fəaliyyət göstərən çatdırılma şirkətlərdən birinin əməkdaşları hücuma məruz qalıblar.
Avtosfer.az xəbər verir ki, bu barədə Axar.az-a çatdırılma şirkətindən məlumat verilib.
Məlumata görə, hadisə 19 martda saat 21:00-da çatdırılma şirkətinin Nəsimi rayonunda yerləşən flialında baş verib.
Belə ki, şirkət əməkdaşları bağlamasını təhvil almaq istəyən müştəriyə mobil tətbiq vasitəsilə ödəniş etməli olduğunu bildiriblər. Ancaq müştəri ödəniş etməkdən imtina edib. Əməkdaşlar isə bağlamanı təhvil vermək üçün ödəniş etməli olduğunu bir daha qeyd ediblər. Daha sonra müştəri yanındakı xanımı filialdan uzaqlaşdırıb və əməkdaşları təhqir edib. Ardınca şirkətin əşyalarına zərər verib, əməkdaşlara isə xəsarət yetirib. Hətta şirkət əməkdaşı olan Fəda Ələşrəfzadənin burun sümüyünü sındırdıqdan sonra hadisə yerindən uzaqlaşıb.
Hadisə ilə bağlı şirkət hüquq-mühafizə orqanlarına müraciət edib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












