Bakıda sosial şəbəkədə tanıdığı şəxsdən maşın alan kişinin başına oyun açdılar

Bakıda avtomobil almaq istəyən şəxs dələduzluqla üzləşib. Hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. Özünü Fariz kimi təqdim edən paytaxt sakini “Hyundai Elantra” markalı avtomobilini satmaq üçün sayta elan yerləşdirib. Avtomobil almaq istəyən Vüsal Quliyev də sosial şəbəkədə onunla əlaqə saxlayıb və Nərimanov ərazisində maşına baxıb.
Ertəsi gün isə Bakıxanovda mağazaların birinin qarşısında Farizə 3500 manat pul verib. Pulu alan Fariz evə gedib-qayıdacağını, Vüsalla birgə DYP-yə gedəcəyini, hətta ona istədiyi nömrəni də alacağını bildirib. Ancaq Vüsal nə qədər gözləsə də Fariz gəlməyib və zəngə belə cavab verməyib
Aldadıldığını görən zərərçəkmiş hüquq-mühafizə orqanlarına üz tutub. Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən özünü Fariz kimi tanıdan Şəfiyev Anar Cangir oğlu saxlanılıb.
Zərərçəkmişə dəyən zərər tam ödətdirilib. (lent.az)
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












