Banner

"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB

Hadisə 30 Sentyabr 2026 10:00
"Mercedes" KÜLƏ DÖNDÜ  - VİDEO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Bakı-Qazax yolunun Qaradağ rayonu, Ələt qəsəbəsindən keçən hissəsində "Mercedes-Benz" markalı avtomobil yanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.

Qeyd olunub ki, hadisə sentyabrın 29-da saat 23:05-də Bakı-Qazax yolunun 70-ci kilometrliyində baş verib.

Qeyd olunub ki, 2001-ci il təvəllüdlü Sənan Böyükağa oğlu İsmayılovun idarə etdiyi, dövlət qeydiyyat nişanı 90- TV-697 olan "Mercedes-Benz" markalı avtomobil yanıb.

Hadisə nəticəsində sürücü və digər şəxslər arasında xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***09:11

Paytaxtın Qaradağ rayonu, Ələt qəsəbəsi, Bakı-Qazax yolunda avtomobildə yanğın olub.

Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobilində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Mercedes” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

YouTubehttps://www.youtube.com/watch?v=YyuMMyCh9MI

 

 

Oxunub : 216
ŞƏRH YAZ
Ad

E-mail

Şərh