Banner

Kürdəmirdə ildırım vuran kişi ÖLÜB

Hadisə 29 Sentyabr 2026 21:43
Kürdəmirdə ildırım vuran kişi ÖLÜB
WhatsApp kanalımıza abunə olun

Kürdəmirdə 51 yaşlı kişini ildırım vuraraq öldürüb.

Avtosfer.az xəbər verir ki, hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Ağsu rayon Qasımbəyli kənd sakini Hacıalıyev Zahir Vahid oğlu qoyun otarmaqdan qayıdarkən onu ildırım vurub. O, elə hadisə yerində keçinib.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub və onun meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə zamanı bir neçə xırdabuynuzlu heyvan tələf olub. Faktla bağlı araşdırma aparılır. (report)

Oxunub : 86
ŞƏRH YAZ
Ad

E-mail

Şərh