Bakıda yol təmiri sürücüləri çətin vəziyyətə saldı: "Niyə yayda yox, indi?" - VİDEO

Paytaxtda, "Azadlıq prospekti" metro stansiyası yaxınlığındakı Süleyman Sani Axundov küçəsində aparılan təmir-bərpa işləri, asfalt örtüyünün dəyişdirilməsi bu və ətraf yollarda sıxlığa səbəb olub.
Baku TV-nin məlumatına görə, səhər saatlarından etibarən avtomobillər yollarda qalıb. Sürücülər hərəkət etmək üçün ara küçələrdən və alternativ yollardan istifadə etməyə məcbur olurlar. Bu isə nəqliyyat sıxlığını daha da artırır.
İlin bu vaxtında aparılan təmir-bərpa işləri və asfalt örtüyünün dəyişdirilməsi sürücülərin narazılığına səbəb olub. Onlar təmir işlərinin niyə yay aylarında deyil, məhz indi aparıldığını və bunun nəticəsində yollarda xaotik vəziyyət yarandığını bildirirlər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən küçə Bakı şəhərində həyata keçirilən genişmiqyaslı yol təmiri proqramı çərçivəsində yenilənməsi nəzərdə tutulan 110 küçədən biridir:
"Proqram çərçivəsində indiyədək 80 küçədə təmir işləri yekunlaşdırılıb. Digər ünvanlarda isə işlər mərhələli şəkildə davam etdirilir.
Süleyman Sani Axundov küçəsinin qeyd olunan hissəsində təmir işlərinin iki gün ərzində aparılması nəzərdə tutulur. Bu gün köhnə asfalt-beton örtüyünün frezlənməsi işləri həyata keçirilir. Sabahdan etibarən isə yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılması planlaşdırılır.
İşlər yekunlaşdırıldıqdan sonra sözügedən hissədə nəqliyyat vasitələrinin hərəkəti tam şəkildə bərpa ediləcək".
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












