Bakıda orta məktəbdə ŞOK HADİSƏ - Müəllim şagirdin ağzını "skoç"ladı…

Bakının Nərimanov rayonu 178 saylı tam orta məktəbin 3 A sinif şagirdlərinin valideynləri övladlarının ibtidai sinif müəllimləri tərəfindən döyülərək ağızlarının "skoç"landığını iddia edirlər. Avtosfer.az xəbər verir ki, bu barədə həmin sinifdə oxuyan şagirdlərin valideynləri Baku.ws-in "qaynar xətti"nə şikayətlərində bildiriblər. Qeyd edilib ki, uşaqları sinifdə müəllimləri Xatirə Rüstəmova tərəfindən alçaldılıb və ağızlarına yapışqan kağız vurulub.
Şagirdlər bu barədə valideynlərinə şikayət ediblər. Valideynlər isə öz növbəsində məktəb direktoru Xəyalə Qasımovaya şikayət ediblər.
Məsələni dəqiqləşdirmək üçün uşaqları təhqir etməkdə günahlandırılan ibtidai sinif müəlliməsi Xatirə Rüstəmova ilə əlaqə yaratdıq. Müəllim ittihamları qəbul etmədi və məsələnin bu aspektdən yanaşmağın düzgün olmadığını vurğuladı.
"Bu məsələ ilə bağlı valideynlər gəliblər, hazırda söhbət edirik. Bu 3-4 valideynin işidir. Mən heç vaxt uşaq döyməmişəm. Uşaqlar məni çox istəyirlər. Oyunlar oynayırıq. Heç vaxt uşaqlarla aramda hər hansı bir problem olmayıb.
Sinifdə oxuyanlar da var, zəif oxuyanlar da. Çalışıram ki, zəif oxuyanları qabağa gətirim", - deyə Xatirə Rüstəmova bildirib.
Sinif rəhbəri deyir ki, məsələ ilə bağlı direktora da izahat yazıb:
"Mən bu barədə direktora da izahat yazıb vermişəm. Söhbət belə olub. Bizə rəqamsal veriblər.
Orada KSQ yazdırırdım. Uşaqlara başa saldım ki, suallar kompüterə yazılır. Heç kim heç kimə heç nə deməsin. Onlarda əvvəlcə dedilər "baş üstə". Sonra isə bir-birindən soruşdular.
Sinifdə qışqıra-qışqıra danışıblar. Sakitliyə əməl etməyiblər. Onda mən demişəm ki, uşaqlar gəlin "qaradinməz" oyunu oynayaq.
Əlimlə ağzımıza vururuq ki, guya ağzımızı bağladıq və "qaradinməz" oyununa başladıq. Hansı ki, səs salan, başqalarına mane olan uşaqların ağızlarının bir tərəfinə yapışqan vurmuşam. Hamısını da izah etmişəm.
Zarafatyana etmişəm. Özləri də gülüşüblər. Uşaqlar buna pis olmayıblar. Oyun kimi etmişəm. And olsun Allaha ki, uşaqlarla aramda problem yoxdur. İndiki valideynlər bir az çətin məsələdir".
Məsələ ilə bağlı məktəb direktoru Xəyalə Qasımova ilə əlaqə yaratmağa çalışdıq. Direktor zənglərimizə cavab vermədi. Məktəbdən isə bildirdilər ki, hazırda direktor danışmaq imkanında deyil.
Qohumların mübahisəsi silahlı DAVAYA ÇEVRİLDİ – 4 nəfər xəsarət aldı
“Lənkəran” sərhəd dəstəsi ƏMƏLİYYAT KEÇİRDİ: 11 kq-dan çox marixuanana ələ keçirildi
Şəmkirdə avtomobil 62 yaşlı piyadanı vuraraq öldürdü
Polşada azərbaycanlı sürücüyə HÜCUM OLUB - FOTO
Qadağan olunmuş məlumatları “TikTok”da yayan kişi - Həbs olundu
Yumurta boyda dolu yağdı; avtomobillərə ziyan dəydi - VİDEO
Xaçınçaya gələn seldə "Hyundai" batıb - FOTO - VİDEO
Polis çaya düşən azyaşlını xilas etdi - Babası boğuldu - VİDEO
DSX müsadirə olunmuş narkotikləri bahalı maşınlarla yandırmağa apardı - FOTO - VİDEO
Babək prospektində təhlükəli anlar: Piyada motosikletlə az qala toqquşacaqdı - VİDEO
Azərbaycanda milyonluq “şirkət tələsi” quranlar - Həbs olunublar










