"ABŞ-nin İrana qarşı siyasəti dəyişməyəcək" - Xamenei

"ABŞ-də keçirilən aralıq seçki rəsmi Vaşinqtonun Tehrana qarşı siyasi kursunda heç bir dəyişikliyə səbəb olmayacaq".
Avtosfer.az "Al Arabiya" portalına istinadən xəbər verir ki, bunu İranın ali lideri Müctəba Xamenei bəyan edib.
Məlumata görə, o, ABŞ-ni İslam Respublikasına qarşı mümkün yeni hərbi hücum cəhdinə daha genişmiqyaslı cavab veriləcəyi barədə də xəbərdar edib.
Xameneinin fikrincə, ABŞ-də siyasi qüvvələrin dəyişməsi və ya İranın güzəştlərə getməsi hesabına iki ölkə arasında münasibətlərin yaxşılaşacağına ümid bəsləmək yanlış yanaşmadır. O bildirib ki, Vaşinqtonun İrana qarşı mövcud siyasəti ABŞ-də hansı siyasi partiyanın hakimiyyətdə olmasından asılı olmayaraq dəyişməyəcək.
Məlumata əsasən, İranın ali lideri Hörmüz boğazı ətrafında yaranmış vəziyyətə də toxunub. Onun sözlərinə görə, son hadisələr ABŞ Silahlı Qüvvələrinin məğlubedilməz olmadığını, həmçinin xarici hərbi dəstəyə arxalanan ölkələrin daim həssas vəziyyətdə qaldığını nümayiş etdirib.
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB
Tıxacda avtomobillər arasında neçə metr məsafə olmalıdır? – EKSPERT
Bakıda piyadaların hərəkətini çətinləşdirən əsas problem nədir? – ARAŞDIRMA
Bakıda eyni ildə tikilən binalardan birinə niyə abidə statusu verilməyib? - FOTO
Sumqayıtda Sovet dövrünə aid elektrik dirəkləri təhlükə saçır - VİDEO
Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT












