Maştağada müalicə alan xəstələri ələ salan şəxslər CƏZALANDIRILDI

Sosial şəbəkələrdə Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Psixiatriya Xəstəxanasından görüntülər paylaşılıb.
Avtosfer.az Bizim.Media-ya istinadən xəbər verir ki, yayılan kadrlarda xəstəxanada müalicə alan şəxslərin həssas vəziyyətinin əks olunması diqqət çəkib.
Belə ki, xəstələrin görüntülərinin çəkilərək sosial şəbəkələrdə "əyləncə" və ya gülüş mənbəyi kimi təqdim edilməsi narazılığa səbəb olub. Qapalı müəssisədə bu kadrların kim tərəfindən və hansı şəraitdə lentə alınması, eləcə də sosial şəbəkələrdə yayılması birmənalı qarşılanmayıb.
Qeyd edək ki, psixiatriya müəssisəsində müalicə alan şəxslərin şəxsi həyatına və ləyaqətinə hörmətlə yanaşılması, onların görüntülərinin icazəsiz yayılmaması vacibdir.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər əvvəlki tarixə aiddir.
"Qeyd olunan məsələ ilə bağlı həmin dövrdə müvafiq araşdırma aparılmış, görüntülərdə əks olunan qanun pozuntularına yol verən və çəkilişi həyata keçirən şəxslərlə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülmüşdür", - deyə nazirlikdən bildirilib.
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO
Hövsanda yolu keçən piyadaların qarşısına avtobus çıxır - VİDEO
Zooparkdan nadir heyvanlar oğurlandı
Gəncədə sürücülər motokuryerlərdən narazıdır; 10 gündə 3 qəza - VİDEO
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib - FOTO
Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən ƏMƏLİYYAT - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO












