Banner

Vahid forma qaydalarını pozanlar imtahan verə bilməyəcək - XƏBƏRDARLIQ

Xəbərlər 4 Noyabr 2026 22:36
Vahid forma qaydalarını pozanlar imtahan verə bilməyəcək - XƏBƏRDARLIQ
WhatsApp kanalımıza abunə olun

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov X–XI siniflərdə geyim qaydalarına əməl etməyən və dərslərdə iştirak etməyən şagirdlərə attestat verilməyəcəyini bildirib. Bu açıqlama bir sıra suallar doğurur.

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Modern.az-a açıqlamasında indiyədək bəzi valideynlər vahid məktəbli forması qaydalarına əməl etməməyin övladlarının imtahan nəticələrinə təsir göstərməyəcəyini düşünürdüklərini bildirib.

“Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ümumi təhsil haqqında müvafiq sənədin olması vacibdir. Xüsusilə, IX sinfə qədər təhsil icbaridir. Buna görə də məktəbli forması qaydalarına əməl etməyən, eləcə də qiymətləndirilməsi aparılmayan şagirdlərə attestat verilməsi nəzərdə tutulmur. Bu məsələnin əvvəlcədən elan edilməsi isə valideynlər üçün bir xəbərdarlıqdır. Yaxşı olar ki, valideynlər indidən övladlarının gələcəyi barədə düşünsünlər.

DİM isə açıqlamasında hicab məsələsinin onlar üçün əhəmiyyət daşımadığını, bu səbəbdən həmin şəxslərin imtahanlara buraxılacağını bildirmişdi. Lakin bu, əvvəlki illərin məzunlarına və ya digər ölkələrin vətəndaşlarına aiddir. Çünki həmin şəxslər artıq attestatlarını alıblar. Onlar üçün belə bir məhdudiyyət nəzərdə tutulmur”, – deyə ekspert qeyd edib.

Oxunub : 76
ŞƏRH YAZ
Ad

E-mail

Şərh