Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi: Məhəlləyə "nəzarət" edirmiş

Bakıda qadınları təqib edərək onlara qarşı xuliqanlıq hərəkətləri etmiş şəxsin kimliyi müəyyənləşib.
Avtosfer.az Publika.az-a istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin həyata keçirdiyi tədbirlərlə qadınları təqib edərək onların narahatlığına səbəb olmuş şəxsin Astara rayonu Hamuşam kənd sakini, 2001-ci il təvəllüdlü Vurğun Seyfullazadə olması müəyyən edilib.
Binə qəsəbəsi Südçülük sovxozu massivində yaşayan iki qadın Vurğunun əməlləri barədə polisə şikayət edib. Onlar qeyd ediblər ki, Vurğun yaxınlaşaraq əxlaqsız sözlər deyir və evlərinin qapısına kimi gələrək xuliqanlıq edir.
Polis tərəfindən saxlanılan gənc isə Südçülük sovxozu ərazisində məhəlləyə nəzarət etdiyini, təhlükəsizliyə cavabdeh olduğunu iddia edib və qadınları da buna görə izlədiyini deyib.
Xəzər Rayon Məhkəməsinin qərarı ilə o, xırda xuliqanlıq əməlində təqsirli bilinib. 23 yaşlı oğlana 10 sutkalıq həbs cəzası verilib.
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO












