Bakıda qaraçı qadınlar hicab bağlayıb marketi taladı - VİDEO

Bu gün paytaxtın Keşlə qəsəbəsində soyğunçuluq hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bir neçə hicablı qadın Keşlə məscidinin yaxınlığındakı “Al Market” şəbəkəsinə məxsus mağazaya giriblər. Onlar kassirləri hədələyərək oradakı pulu götürüblər.
DİN-in Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, şübhəlilər dilənçi və tüfeyli həyat sürən şəxslər olub: “Mağazadan bir neçə qutu tütün məmulatlarını talayıblar. Hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır”.
“Al Market”dən də “Qafqazinfo”ya hadisənin baş verdiyi təsdiqlənib. Bildirilib ki, bir qrup qaraçı olduğu ehtimal olunan qadın mağazadan oğurluq edib. Hər hansı bıçaqlı hücum olmayıb. Həmin şəxslərlə bağlı hüquqi tədbir görüləcək.
Əldə etdiyimiz digər məlumata görə, həmin şəxslər qaraçı millətindən olub və aralarında öz dillərində danışıblar.
Qeyd edək ki, bu barədə ilk məlumatı “Globalinfo.az” yayıb.
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












