Bakıda sərxoş sürücü yanacaqdoldurma məntəqəsində aləmi bir-birinə qatdı - VİDEO

Paytaxtda sərxoş sürücü yanacaqdoldurma məntəqəsində çətinlik yaradıb.
Avrosfer.az xəbər verir ki, hadisə Hava limanı yolundakı YDM-lərdən birində baş verib.
Bu barədə redaksiyamıza təlimçi Arzu Babazadə video göndərib. Təlimçi deyir ki, iyunun 5-i saat 17:00 radələrində avtomobilinə yanacaq doldurmaq üçün YDM-yə daxil olub: “Bu zaman 77-CZ-815 qeydiyyat nişanlı “KIA” markalı avtomobilin sürücüsü arxadan gələrək yaxınımda saxladı. Mənim maşınıma benzin doldurularkən bir neçə dəfə siqnal səsindən istifadə edən xanım sürücüyə mən və orada olan bir neçə sürücü maşını bir az geriyə çəkməsini xahiş etdik. Çünki çox yaxın saxladığı üçün mən YDM-dən çıxa bilmirdim. Lakin xanım sürücü və yanındakı şəxs mübahisə etməyə başladı. Avtomobilimdən düşdükdə isə sürücünün sərxoş olduğunu gördüm. Daha sonra bununla bağlı DİN-in 102 xidmətinə məlumat verdim”.
Təlimçi bildirir ki, bunu görən xanım sürücü geriyə verərək sürətlə oradan uzaqlaşıb.
Görüntüləri təqdim edirik:
Məhəbbət Tərlanoğlu
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












