Barmaqları amputasiya olunan qaziyə niyə əlillik verilmir? - VİDEO

İkinci Qarabağ Müharibəsi qazisi Hüseyinov Raqil Ağahüseyin oğlu əlilliyinin bərpa olunmamasından şikayətçidir.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, qazi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
R.Hüseyinov videoda amputasiya edilən əl barmaqlarını, bədənindəki ağır yanıq izlərini göstərib. İş qabiliyyətini itirdiyini qeyd edən qazi çətin şəraitdə yaşadığını əlavə edib: “Cəlilabad rayonunun hərbi komissiyasının sədri Vüqar Mirzəyev məni çox incidir. Sənədlərimə imtina verib. TƏBİB-ə müraciət etmişəm, deyirlər ki, məhkəməyə müraciət et. Əlilliyin Bərpa Mərkəzinə getdim, onlar da dedi bizə aidiyyəti yoxdur. İş qabiliyyətimi itirmişəm, başqa qazanc yerim yoxdur. Övladımın yeməyi o pensiyadan gəlirdi. Xahiş edirəm, bu işə baxılsın. Bədənim, boğazım yara içindədir, çənəm əyridir, insan içinə çıxmğa utanıram. Boğaza yığılmışam”.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza vəReabilitasiya Agentliyinə sorğu ünvanladıq. Qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov sorğumuza cavab olaraq bildirib ki, Salyan rayon sakini 2002-ci il təvəllüdlü Hüseynov Raqil Ağahüseyn oğluna təyin olunan əlillik müddəti 27.05.2026-c il tarixdə başa çatsa da, onun əlilliyinin yenidən qiymətləndirilməsi ilə bağlı heç bir müraciəti olmayıb: “Bunun üçün vətəndaş qeydiyyatda olduğu poliklinikaya müraciət etməlidir. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yenidən müvafiq sənədlər (forma-88) elektron sistemə göndərilməlidir ki, əlilliyinin qiymətləndirilməsi aparıla bilsin. Göndəriş daxil edildiyi halda qanunvericiliyə uyğun olaraq Raqil Hüseynovun əlilliyinin təkrar qiymətləndirilməsi aparılacaq”.
Qazinin problemi ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin də mövqeyini öyrəndik. TƏBİB-dən sorğumuza belə cavab verildi: “Vətəndaş Raqil Hüseynovun tibbi sənədlərində qeyd olunan diaqnoz və ağırlaşmaları Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik təyinatına uyğun olmadığına görə Həkim Məsləhət Komissiyası tərəfindən “Əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina aktı” tərtib edilərək təqdim olunub.
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB
Dava salan sərnişini təyyarənin kreslosuna skoçladılar
Sürücülük vəsiqəsi olmadan maşın sürən narkoman sürücü HƏBS EDİLDİ - FOTO
Bakıda ərinin maşınına hücum edən qadın CƏZALANDIRILDI - VİDEO - YENİLƏNİB
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
Yasamalda qanunsuz parklanma: Küçə maneələrlə zəbt edilib - VİDEO - YENİLƏNİB
Yol dağılıb, çuxurlar dərinləşib: Çirkab sular da vəziyyəti ağırlaşdırır - VİDEO
Sərnişin avtobusunun yararsız təkərlə xəttə çıxması iddiası ilə bağlı AÇIQLAMA - VİDEO
Binədə istixanada güclü YANĞIN baş verib - VİDEO - YENİLƏNİB










