Basketbol azarkeşləri avtobus sürücüsünü öldürüb

İtaliya polisi "Real Sebastiani" basketbol klubunun 3 azarkeşini Pistoyadan azarkeşləri daşıyan avtobusa bir qrup adamın daş atmasından sonra həbs edib. Avtosfer.az yerli mediaya istinadən məlumatına görə, hücum zamanı sürücülərdən biri ölüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları 31-53 yaşlarında olan üç kişini həbs edib. Onlar bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə maddəsi ilə ittiham olunublar. Saxlanılanlardan ikisinin ifrat sağ hərəkatın üzvləri olduğu bildirilir. İstintaq cinayəti törədəni müəyyən edəcək. Bazar günü keçirilən matçdan sonra Toskanaya qayıdan avtobusda təxminən 45 nəfər olub. Məğlub olan Real Sebastianini dəstəkləyən azarkeşlər Rieti və Terni arasındakı magistral yolda avtobusa hücum ediblər. Onlar avtobusa daş və kərpiclər atmağa başlayıblar, onlardan biri pəncərənin şüşəsini sındırıb və ikinci sürücünü ölümcül yaralayıb. Sərnişinlər qeyd edirlər ki, yalnız sürücünün yan şüşəsi zərbəyə tab gətirdiyi üçün ağır qəzanın qarşısı alınıb.
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












