Binəqədidə ağacları kim və niyə kəsib? - FOTO - VİDEO

Hadisə 2 Oktyabr 2026 16:41
Binəqədidə ağacları kim və niyə kəsib? - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə olun

"Ağasadıq Gəraybəyli küçəsində ağacların budanmasının əsas səbəbi ərazidə yol hərəkəti iştirakçıları üçün görünüş məsafəsinin yaxşılaşdırılmasıdır".

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) açıqlama verilib.

"Sözügedən ərazidə ağac budaqlarının həddindən artıq sıxlaşaraq sürücülərin və piyadaların işıqforu, digər yol nişanlarını görmək imkanlarını məhdudlaşdırması səbəbindən təhlükəsizliyin təmin edilməsi məqsədilə budama işləri həyata keçirilib. Aparılan işlərin əsas məqsədi ərazidə yol hərəkəti iştirakçıları üçün görünüş məsafəsinin yaxşılaşdırılması, yol nişanlarının qarşısının açılmasına şərait yaradılması olub", - deyə məlumatda bildirilir.

***16:12

Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində qurumun əməkdaşları tərəfindən heç bir iş aparılmayıb.

Avtosfer.az xəbər verir ki, məlumat Oxu.Az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilib.

"Məsələ ilə bağlı araşdırma aparılır", - deyə məlumatda vurğulanıb.

Baku.tvhttps://baku.tv/embed/277553

 

***

Binəqədi rayonunda ağacların kütləvi şəkildə kəsilməsi ilə bağlı şikayət daxil olub.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a vətəndaş müraciət edib.

 

Binəqədidə ağacların doğranmasından Yaşıllaşdırma Təsərrüfatı Birliyinin xəbəri yoxdur? - Foto/Video

Müraciətdə bildirilib ki, rayonun Ağasadıq Gəraybəyli küçəsində yaşıllıq zolağında olan ağaclar kəsilib.

"Küçə boyunca bütün ağacları kəsib töküblər. Kim edib, niyə edib bilən yoxdur. Təsəvvür edirsiniz, bir küçənin ərazisində olan bütün ağacları kökündən kəsiblər", - deyə məlumatda bildirilir.

Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.

Oxunub : 186
ŞƏRH YAZ
Ad

E-mail

Şərh