Bu ölkədə matəm ELAN OLUNDU

Madaqaskarda uşaq və gənclərə qarşı qətl hallarının artması ilə əlaqədar iyulun 24-ü Milli Matəm Günü elan edilib.
Avtosfer.az xəbər verir ki, Prezidentin imzaladığı fərmana əsasən, həmin gün dövlətin sabitliyini pozmağa yönəlmiş adam oğurluğu və sui-qəsd qurbanlarının xatirəsi anılacaq. Ölkə üzrə dövlət bayraqları yarıya endiriləcək, rəsmi tədbirlər istisna olmaqla bütün ictimai əyləncə və bayram proqramları ləğv ediləcək.
Fərmanda həmçinin bildirilib ki, iyulun 24-də spirtli içki satışı həyata keçirən müəssisələr fəaliyyət göstərməyəcək və ölkədə ödənişli dövlət tətili elan olunacaq.
Rəsmi məlumata görə, ilin ilk altı ayında Madaqaskarda 172 uşaq və gəncin itkin düşdüyü qeydə alınıb. Onlardan 119-u paytaxt Antananarivonun da daxil olduğu Analamanqa bölgəsinin payına düşür.
Madaqaskar Milli Polis Baş İdarəsinin məlumatına əsasən, itkin düşənlərdən 81-i sağ tapılıb, 83 nəfərin taleyi isə hələ də naməlum olaraq qalır. Bundan başqa, azı səkkiz uşağın meyiti aşkarlanıb.
Prezident bildirib ki, bu cinayətlər terror aktı kimi qiymətləndirilir və onların məqsədi ölkədə sabitliyi pozmaqdır.
Baş nazir isə adam oğurluğu və qətllərə qarşı genişmiqyaslı mübarizəyə başlanıldığını, cinayətkarlara qarşı "sıfır tolerantlıq" siyasətinin tətbiq ediləcəyini bəyan edib.
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












