Cinayət törədib qaçan şəxslər qəzaya düşdülər – Biri tutuldu, o biri axtarılır - VİDEO

ABŞ-də cinayət törədib qaçan şəxslər qəzaya düşüblər. Avtosfer.az xəbər verir ki, hadisə Bruklin rayonunun Vilyamsburq səmtində baş verib.
Məlumata görə, skuterlə hərəkət edən iki şəxs Humboldt və Mur küçələrinin kəsişməsində toplaşan kütləyə tərəf atəş açıb.
Şahidlər bildiriblər ki, mərmilərdən biri həmin vaxt oradan keçən ailənin uşaq arabasında olan körpənin başına dəyib və o, hadisə yerində ölüb. Digər mərmi isə körpənin 2 yaşlı qardaşını sıyırıb keçib və o, yüngül xəsarət alıb.
İlkin ehtimallara görə, atəş açan şəxslər körpənin atasını hədəf alıblar.
Atəş açdıqdan sonra cinayətkarlar skuterlə sürətlə hadisə yerindən uzaqlaşmağa çalışıblar. Lakin cəmi iki küçə sonra onlar qarşıdan gələn avtomobillə toqquşublar. Zərbə o qədər güclü olub ki, hər iki şübhəli skuterlə bərabər asfalta çırpılıblar.
Skuterin arxasında oturan və atəş açmaqda şübhəli bilinən 21 yaşlı Amari Qrin (Amari Green) qəzadan sonra xəstəxanaya aparılıb və orada nəzarətə götürülüb. O, qətl və qəsdən adam öldürməyə cəhd maddələri ilə ittiham olunur.
Skuterin sürücüsü isə hadisə yerindən piyada qaçmağı bacarıb. Hazırda NYPD (Nyu-York Polisi) onun tapılması üçün genişmiqyaslı axtarış əməliyyatı həyata keçirir.
Namiq Musayev
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












