Dubaydan Bakıya gələn şəxs aeroportda saxlanıldı: Üzərindən 166 minlik qızıl çıxdı - FOTO
Hadisə
26 Noyabr 2026 12:36

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən qızıl-zinət əşyaları aşkar edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bildirilib ki, Dubay-Bakı aviareysi ilə gələn Hindistan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Bu zaman malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gömrük nəzarətindən gizlədilən iki ədəd boyunbağı aşkarlanıb.
Məlum olub ki, zinət əşyaları 750 əyarlı 79.27 qram qızıl və 57.779 karat brilyantdan hazırlanıb. Onların ümumi dəyəri 166 min 610 manat təşkil edir.
Faktla bağlı araşdırma aparılır.

Oxunub : 44
DİGƏR XƏBƏRLƏR
26 Noyabr 2026 11:50
Xırdalanda avtobus qazılmış yolda ilişib qaldı - VİDEO
25 Noyabr 2026 19:00
Nərimanovda qırılmış ağac təhlükəli vəziyyət yaratdı - VİDEO
25 Noyabr 2026 18:00
Viski içib maşınla qayınatasıgilə getdi; 7 yaşlı uşağı vurub öldürdü
25 Noyabr 2026 17:24
EGE Hospital baş tutmayan əməliyyata görə 6500 manat aldı - ŞİKAYƏT
25 Noyabr 2026 15:39
Masazır dairəsində sürücülər boş zolaqdan istifadə edib yolu kəsirlər - VİDEO
25 Noyabr 2026 14:00
Biləcəridə qırılan ağac yola düşdü - VİDEO
24 Noyabr 2026 18:00
Müşfiqabadda heyvanlara qarşı vəhşilik bitmir: İti öldürüb zibilliyə atdılar - VİDEO
24 Noyabr 2026 16:30
”Qış parkı”nın yaxınlığındakı sədd velosipedçiləri sürücülərdən gizlədir - VİDEO
24 Noyabr 2026 12:48
Yeni Yasamalda sürücülər çuxura düşüb yollarına davam edirlər - VİDEO
23 Noyabr 2026 16:06
Bakıda açıq dəlik velosiped sürücüsünü təhlükə ilə üz-üzə qoydu - VİDEO
23 Noyabr 2026 11:18
Sürücü hündürlükdən yıxılıb öldü - FOTO
21 Noyabr 2026 21:45
Şəmkirdə qan çanağına çevrilən yol: "Burada iki nəvəm öldü" - VİDEO
ŞƏRH YAZ











