Banner

DİN-dən əməliyyat: Axtarışda olan 49 nəfər SAXLANILDI

Hadisə 26 Noyabr 2026 10:41
DİN-dən əməliyyat: Axtarışda olan 49 nəfər SAXLANILDI
WhatsApp kanalımıza abunə olun

Noyabrın 25-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 34 cinayətin açılması polis tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 79, o cümlədən borclu şəxs qismində axtarışda olan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

 

Oxunub : 98
ŞƏRH YAZ
Ad

E-mail

Şərh