Banner

Şimşək çaxıb, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Xəbərlər 26 Noyabr 2026 10:36
Şimşək çaxıb, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
WhatsApp kanalımıza abunə olun

Noyabrın 26-sı saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub, arabir intensiv xarakterli olub, şimşək çaxıb, dağlıq ərazilərə isə qar yağıb. Yağıntılar gecə saatlarından tədricən kəsilib.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 15, Qobustan, Kişçayda (Şəki) 11, Zaqatalada 10, Balakəndə 9, Beyləqan, Zərdab, Kürdəmir, Tovuz, Lerikdə 8, Sabirabadda 7, Quba, Gədəbəy, Şahbuz, Lənkəran, Cəbrayılda 6, Qusar, Şamaxı, Oğuz, Gəncə, İmişli, Salyan, Yardımlı, Göygöldə 5, Neftçala, Yevlax, Tərtər, Göyçay, Astara, Ağdam, Qəbələ, eyni zamanda Bakıda və Abşeron yarımadasında 4, Xaltan, Mingəçevir, Goranboy, Ordubad, Biləsuvar, Bərdə, Xızı, Şəmkir, Ağstafa, Naftalan, Daşkəsən, Naxçıvan, Culfa, Şərur, Şabranda 1-3 mm-dək qeydə alınıb.

Bəzi ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Oğuzda 21, Daşkəsən, Bərdə, Şəkidə 20, Goranboyda 19, Naftalan, Tərtərdə 18 m/s-dək güclənir.

Oxunub : 72
ŞƏRH YAZ
Ad

E-mail

Şərh