Əfqan Sadıqov tutuldu, Azərbaycana gətirilir - YENİLƏNİB

Əfqan Sadıqov Azərbaycana deportasiya edilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Nemət Kərimli məlumat verib.
Vəkil bildirib ki, Əfqan Sadıqov ölkəyə gətirilib və Dövlət Miqrasiya Xidmətində dindirilib.
O qeyd edib ki, Əfqan Sadıqov günün ikinci yarısında sərbəst buraxılıb.
***11:12
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə polis əməkdaşını təhqir etdiyinə görə Azərbaycan vətəndaşı Əfqan Sadıqova qarşı İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə iş qaldırdığını bəyan edib.
Avtosfer.az 1tv.ge-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan DİN-in bəyanatında deyilir.
DİN-in məlumatına görə, Əfqan Sadıqov aprelin 4-də Tbilisi Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəməyə çatdırılması və işinə vaxtında baxılması məqsədilə saxlanılıb.
"İctimaiyyətə xatırlatmaq istərdik ki, Əfqan Sadıqov müxtəlif növ inzibati xətalara, o cümlədən toplaşmaq və nümayiş qaydalarının pozulmasına görə 62 dəfə məsuliyyətə cəlb edilib və buna görə artıq iki dəfə inzibati həbs cəzası çəkib, - deyə DİN-in bəyanatında bildirilir.
Məhkəmənin qərarı ilə Əfqan Sadıqov 2 min lari məbləğində cərimə olunub, Gürcüstandan deportasiya edilib və onun 3 il müddətinə ölkəyə girişinə qadağa qoyulub.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












