Göygöldə bir-birinə bitişik 4 ev yandı - YENİLƏNİB

Göygöl rayonunda baş verən yanğın zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Göygöl Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, aprelin 7-də saat 03:10-da 1950-ci il təvəllüdlü şəxs (qadın) Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Hipertoniya və üzün yanığı diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilib./oxu.az
***10:33
Göygöl rayonunda yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
"Göygöl şəhərində bitişik tikilən birmərtəbəli evlərdən, ümumi sahəsi 70 m² olan evin dəhlizinin tavanı 25 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə, ümumi sahəsi 120 m² olan evin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə, ümumi sahəsi 70 m² olan evin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə, ümumi sahəsi 200 m² olan evin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə və bitişik ümumi sahəsi 90 m² olan talvarın yanar konstruksiyaları yanıb. Evlərin qalan hissəsi və bitişik digər tikililər yanğından mühafizə olunub", - deyə məlumatda bildirilir.
***09:30
Göygöldə yanğın hadisəsi baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayon ərazisində qeydə alınıb. Belə ki, bir-birinə bitişik almanlar tərəfindən inşa edilən 4 evdə qəfil yanğın başlayıb.
Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Göygöl Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı 4 nəfərə məxsus ümumi sahəsi 500 kvadratmetrə yaxın olan 4 bitişik evlərin 350 kvadratmetri yanıb. Qısa müddət ərzində yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Evlərin qalan hissəsi və bitişik digər tikililər yanğınsöndürənlər tərəfindən mühafizə olunub. Yanğın nəticəsində xəsarət alan olmayıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Araşdırma aparılır.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












