Həkimlərin şikayəti ilə bağlı rəsmi açıqlama

“Nərimanov Tibb Mərkəzinin (keçmiş 5 saylı xəstəxana) əsas binası təmirə bağlandıqdan sonra artıq 4–5 ildir ki, fəaliyyətimizi müvəqqəti olaraq istismar müddəti başa vurmuş, yararsız, şəraitsiz 6 saylı Uşaq Xəstəxanasının binasında davam etdiririk. İllərdir 8–9 həkim çox kiçik otaqda çalışmaq məcburiyyətində qalaraq təmirin başa çatmasını və öz binamıza qayıtmağımızı ümidlə gözləmişik. İndi təmir yekunlaşıb və məlum olub ki, bizi ora köçürməyəcəklər”.
Avtosfer.az xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya Nərimanov Tibb Mərkəzinin bir qrup əməkdaşı müraciət edib.
Onlar gələcək aqibətləri ilə bağlı narahatlıq keçirdiklərini bildiriblər:“Nərimanov Tibb Mərkəzinin əsas binasının təmiri artıq yekunlaşıb. Lakin bizi həmin binaya köçürmək əvəzinə, təmirdən çıxmış Nərimanov Tibb Mərkəzinin binasını yeni yaradılacaq Pediatriya Mərkəzinə təhvil verirlər və bu bina artıq Nərimanov Tibb Mərkəzi kimi fəaliyyət göstərməyəcəyini bildirirlər. Əgər bu məlumat doğrudursa, bizim taleyimiz barədə heç bir rəsmi məlumat verilməyib.
Hazırda fəaliyyət göstərdiyimiz 6 saylı Uşaq Xəstəxanasının binası uzun illərdir istismar olunur və buranın şəraiti qətiyyən tibb ocağı kimi fəaliyyət göstərməyə cavab vermir. Bu isə həm tibbi personalının işinə, həm də vətəndaşlara göstərilən xidmətin keyfiyyətinə mənfi təsir göstərir. Nərimanov Tibb Mərkəzinin kollektivi olaraq, son 4–5 il ərzində bütün çətinliklərə səbir və məsuliyyətlə dözmüşük. Darısqal, yararsız otaqlarda, qış aylarında soyuq, yay aylarında isə həddindən artıq isti şəraitdə çalışmışıq. Bütün bu çətinliklərə yalnız bir ümidlə qatlaşmışıq – 2026-cı ildə təmiri başa çatmış öz doğma binamıza, Nərimanov Tibb Mərkəzinə qayıdacağımıza inanmışıq. Bu müddət ərzində Nərimanov rayonunun sakinləri olan xəstələrimizə də söz vermişik ki, yaxın zamanda onları müasir standartlara cavab verən, geniş və rahat qəbul otaqlarında müayinə edəcək, təmiz, təhlükəsiz və tam təchiz olunmuş palatalarda müalicə edəcəyik.
Bu gün isə öyrənirik ki, bütün gözləntilərimiz puça çıxa bilər və təmirdən çıxmış bina bizə verilməyə bilər. Bu xəbər kollektivdə böyük narahatlıq və məyusluq yaradıb”.
Şikayətçilər aidiyyəti dövlət qurumlarından kollektivin illərlə gözlədiyi hüququnun təmin edilməsini və əvvəlki binaya – təmirdən çıxmış Nərimanov Tibb Mərkəzinə köçürülmələrini istəyirlər.
Nərimanov Tibb Mərkəzi gələcəkdə fəaliyyətini harada davam etdirəcək? Əməkdaşlar hansı tibb müəssisəsinə köçürüləcək? Təmir olunmuş bina Pediatriya Mərkəzinə veriləcəkmi?
Bu suallarla bağlı TƏBİB-ə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, TƏBİB tərəfindən tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsi, resursların səmərəli idarə olunması və tibbi xidmətlərin əlçatanlığının artırılması məqsədilə mütəmadi olaraq müxtəlif təşkilati tədbirlər həyata keçirilir: “Bu proses çərçivəsində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, ayrı-ayrı xidmətlərin daha səmərəli təşkili və səhiyyə sisteminin mövcud ehtiyaclarına uyğun inkişaf istiqamətləri qiymətləndirilir.
Bu istiqamətlərdən biri də uşaqlara göstərilən ixtisaslaşmış tibbi xidmətlərin beynəlxalq təcrübəyə uyğun müasir multidisiplinar model əsasında inkişaf etdirilməsidir. Bu məqsədlə ixtisaslaşdırılmış multidisiplinar mərkəzin yaradılması istiqamətində müxtəlif təşkilati həllər nəzərdən keçirilir.
Nərimanov Tibb Mərkəzi ilə bağlı səsləndirilən məsələlər də bu ümumi proses çərçivəsində dəyərləndirilir. Hazırda mərkəzin yerləşdirilməsi ilə bağlı hər hansı yekun qərar qəbul edilməyib”.
Qurumdan həmçinin bildirilib ki, gələcəkdə bu istiqamətdə hər hansı qərar qəbul ediləcəyi təqdirdə, Nərimanov Tibb Mərkəzinin əməkdaşlarının peşəkar fəaliyyətinin fasiləsiz davam etdirilməsi üçün müvafiq iş şəraiti yaradılacaq. Qəbul ediləcək qərarlar barədə əməkdaşlar aidiyyəti qaydada məlumatlandırılacaq.
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












