İrandan Füzuliyə PUA ilə göndərilən narkotiki satanda tutuldular - VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Avtosfer.az xəbər verir ki, bu haqda DİN məlumat yayıb.
Tədbir zamanı narkokuryerlik etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Sənan Mirzəyev və tanışı olan qadın saxlanılıb. Onlardan ümumilikdə 22 kiloqram 540 qram marixuana aşkarlanıb.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər İrandan Füzuli rayonuna pilotsuz uçuş aparatı vasitəsilə göndərilən narkotik vasitələri əldə edərək paytaxt ərazisində ayrı-ayrı ünvanlara çatdırmağı və onların qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıblar.
Sabunçu RPİ əməkdaşlarının keçirdiyi digər əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Valid Qurbanov Bakıxanov qəsəbəsi ərazisində saxlanılıb. Ondan 7 kiloqrama yaxın marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Sabunçu RPİ əməkdaşları tərəfindən cari ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı ümumilikdə 281 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












