Kafe və mağazalardan silsilə oğurluq edən şəxs saxlanıldı

Kafe və mağazalardan silsilə oğurluq edən şəxs saxlanılıb.
Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, Nəsimi rayonunda talama hadisələri qeydə alınıb. Belə ki, naməlum şəxs müxtəlif vaxtlarda rayon ərazisində yerləşən iki kafedən oğurluqlar edərək zərərçəkənlərə ümumilikdə 2500 manat maddi ziyan vurub, həmçinin 2 ədəd mobil telefonu talayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 24 yaşlı S.Həmidov müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı onun Sumqayıt şəhəri ərazisində bir mağazadan 418 manat və mobil telefon oğurlaması, həmçinin əvvəllər məhkum olunmuş tanışı 32 yaşlı Y.Əhmədli ilə birgə daha bir mağazadan 1690 manat dəyərində kosmetik vasitələr talaması da məlum olub. Y.Əhmədli də polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar davam etdirilir.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












