Keçmiş arvadına 640 milyon verəcək - Əsrin boşanması

Cənubi Koreyanın “SK Group” şirkətlər qrupunun sədri Çe Te Vonla keçmiş həyat yoldaşı Roh Soh-yeonq arasında illərlə davam edən və ölkədə “əsrin boşanması” adlandırılan məhkəmə prosesi yekunlaşıb. Avtosfer.az "Globalinfo"ya istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, milyarder keçmiş həyat yoldaşına əmlak bölgüsü çərçivəsində 944 milyard von (təxminən 1 milyard 88 milyon manat) ödəməlidir. Bu məbləğ 2025-ci ildə apellyasiya məhkəməsinin müəyyən etdiyi təxminən 940 milyon dollarlıq kompensasiyadan azdır. Bundan əlavə, biznesmen daha əvvəl aliment kimi 2 milyard von (təxminən 1,3 milyon dollar) ödəməyə də məcbur edilmişdi.
Qeyd edək ki, cütlük 1988-ci ildə ailə qurmuşdu və onların üç övladı var. Nikah 2015-ci ildə Çe Te Vonun məşuqəsinin olduğunu və həmin qadından övladının dünyaya gəldiyini etiraf etməsindən sonra faktiki olaraq dağılıb. Roh Soh-yeonq boşanma zamanı milyarderin sərvətinin yarısını – təxminən 1 milyard dolları tələb etsə də, məhkəmə biznesmenin şirkətdəki səhmlərini kompensasiyaya daxil etməyib.
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO
Məktəbli valideyni ilə hərəkətdə olan maşınların üzərinə şığıdı - VİDEO
Bakıda piyada özünü avtomobilin önünə atdı - VİDEO
Sabirabadda "Prado" qadını vurub ÖLDÜRDÜ
Bakıda avtobus piyadanı vurdu












