Kişi üç uşaq anası olan arvadının üzərinə qaynar su tökdü

"Üç uşaq anası olan qadın əri tərəfindən çaydanla üzərinə isti su tökülərək yandırılıb və hazırda ərinin onu öldürməsindən qorxur".
Avtosfer.az xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova öz sosial hesabında paylaşım edib.
M.Zeynalova qeyd edib ki, qadın polisə müraciət edib və istintaq başlayıb.
"Lakin istintaq dövründə həmin şəxs azadlığa buraxılıb. Ər buraxıldıqdan sonra yoldaşının yanına gedərək uşaqları əlindən alacağı və onun həyatına son qoyacağı ilə bağlı hədələr edib.
Qadın işgəncədən sonra baş verən görüntüləri bizə göndərib. Çox xahiş edirik ki, ona təcili kömək olunsun",- deyə paylaşımda yazılıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, şiddətə məruz qalan qadın təxminən 35 yaşındadır. Bakı şəhərində atası evindədir. Həyat yoldaşı isə Lənkəran rayonundandır.
Atası qadının qaynı ilə qonşu olduğundan o ehtiyat edir ki, əri evə rahat girə bilər. Çünki uşaqların birini məktəbə aparanda o biriləri evdə qoymalı olur. Əsas qorxusu da budur.
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO












