Kiyevin məşhur kitab bazarı raket zərbələri ilə məhv edilib - FOTOLAR

Rusiya ordusunun avqustun 16-na keçən gecə Kiyevə endirdiyi zərbələr nəticəsində “Poçayna” metro stansiyası yaxınlığındakı məşhur kitab bazarı ciddi dağıntılara məruz qalıb.
Avtosfer.az xəbər verir ki, əvvəllər “Petrovka” kimi tanınan bazarın bir neçə ticarət sırası tamamilə yanıb, çoxsaylı obyektlərin şüşələri sınıb. Kiyev Şəhər Şurasının deputatı Taras Krivoruçkonun sözlərinə görə, bazardakı ticarət köşklərinə üç raket düşüb.
Yanğın təxminən 2 min kvadratmetr ərazini əhatə edib. Zərbə nəticəsində “Poçayna” metro stansiyasının girişi və yaxınlıqdakı ticarət obyektləri də zədələnib.
Hadisə yerində yanğının nəticələrinin aradan qaldırılması davam edir. Bəzi pavilyonlardan hələ də tüstü qalxır, ərazidə yanmış kağız və plastik qoxusunun hiss olunduğu bildirilir.
Nəşriyyat və kitab sektorunun nümayəndələri bazarın məhv edilməsini Kiyevin mədəni həyatında “bir dövrün sonu” kimi qiymətləndiriblər.





Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












