"Maşında məni döyüb başıma torba keçirdi" - Küçədə dalaşan sevgililər saxlanıldı

Bakıda küçədə dalaşan sevgililər polis əməkdaşları tərəfindən saxlanılıb.
Avtosfer.az xəbər verir ki, hadisə Xətai rayonu Xocalı prospektində baş verib.
Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşları “BMW” markalı avtomobildən düşən kişi ilə qadının dalaşmasını və qışqıraraq səs-küy salmasını görüblər. Onlar polis tərəfindən böğlməyə dəvət edilib.
Məlum olub ki, küçədə ictimai asayişi pozan şəxslər 1983-cü il təvəllüdlü Meyransa Məmmədova (soyadlar şərtidir) və 1990-cı ildə anadan olmuş Əliabbas Fətullayevdir.
Ə.Fətullayev barəsində inzibati xətaya dair protokol tərtib edilib və o, məhkəməyə göndərilib.
Saxlanılan şəxs bildirib ki, dalaşdığı qadın onun sevgilisidir və qısqanclığa görə aralarında mübahisə olub:
“8 aya yaxındır ki, Meyransa ilə qeyri-rəsmi münasibətdəyik. 11 noyabr 2024-cü il tarixində saçımı kəsdirmək üçün maşınımla getmişdim. Meyransa isə avtomobildə təxmini olaraq 1 saatdan çox gözləyib. Mən avtomobilə geri qayıdan zaman Meyransa ilə aramızda qısqanclıq zəminində mübahisə başladı. Maşın hərəkətdə olarkən o, maşından düşmək istəyirdi, lakin mən buna imkan vermədim. Meyransanı sakitləşdirmək istəyən zaman o, təpiklə avtomobilin şüşəsinə zərbə vurdu. Bundan sonra avtomobili qarşıda saxlayaraq taksi sifariş verdim”.
Meyransa Məmmədova isə sevgilisinin maşında onu döydüyünü, başına torba keçirdiyini iddia edib. Əliabbas isə bunu inkar edib.
Xətai Rayon Məhkəməsi Ə. Fətullayevi 150 manat cərimə edərək sərbəst buraxıb.//publika.az
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO
Hövsanda yolu keçən piyadaların qarşısına avtobus çıxır - VİDEO
Zooparkdan nadir heyvanlar oğurlandı
Gəncədə sürücülər motokuryerlərdən narazıdır; 10 gündə 3 qəza - VİDEO
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib - FOTO
Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən ƏMƏLİYYAT - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO












