Masazırda evlərin qarşısında tikinti qalmaqalı: İcra Hakimiyyəti “icazə verilməyib” dedi - FOTO

Abşeron rayonunun Masazır qəsəbəsi, Rafiq Dünyamalıyev küçəsində yaşayış evlərinin qarşısında tikinti işlərinin aparılması ilə bağlı narazılıq yaranıb.
Avtosfer.az bakivaxti.az-a istinadən xəbər verir ki, ərazidə aparılan işlər sakinlərin diqqətini cəlb edib. Yaşayış evlərinin yaxınlığında tikinti texnikasının fəaliyyət göstərməsi və mövcud tikililərlə bağlı işlərin aparılması burada yeni tikinti prosesinin başladığı ilə bağlı suallar yaradıb.
Məsələnin ictimaiyyət arasında müzakirə olunması ilə əlaqədar ərazidə aparılan işlərin qanuniliyinin və məqsədinin müəyyənləşdirilməsi üçün aidiyyəti quruma müraciət edilib.
Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ ilə bağlı məlumat daxil olan kimi əraziyə yerində baxış keçirilib.
Qurumdan qeyd olunub ki, baxış zamanı vətəndaşın mülkiyyətində olan, Masazır qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində mövcud və memarlıq baxımından qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünün aparıldığı müəyyən edilib.
İcra Hakimiyyətindən, həmçinin, ərazidə yeni tikintinin aparılmasına icazə verilmədiyi vurğulanıb.
Ərazidən görüntüləri təqdim edirik.
Məsələni diqqətdə saxlayacağıq.
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO


















