Məktəbdə valideyni döyən müəllim CƏZALANDIRILDI

Biləsuvarda təhsil müəssisəsində insident olub.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xırmandalı kəndində yerləşən orta məktəbdə baş verib.
Orada çalışan 44 yaşlı müəllim Afiq Axundov ilə Fariz (adlar və soyad şərtidir - red.) adlı valideyn arasında mübahisə olub. Qida satışı olan hissədə mübahisə zamanı Afiq müəllim Farizin diz nahiyəsinə zərbə vurub, sonra onlar əlbəyaxa olaraq yerə yıxılıblar. Bu zaman Fariz bir sıra xəsarətlər alıb və xəstəxanaya müraciət edib.
Faktla bağlı Afiq Axundov saxlanılıb və barəsində prokurorluq tərəfindən inzibati protokol tərtib olunub.
Haqqında inzibati xəta üzrə icraat aparılan Afiq Axundov bildirib ki, Fariz direktor müavininin otağına girərək yüksək tonla danışıb. Xanımla belə danışmamalı olduğunu bildirəndə isə Fariz onu söyüb. Bundan sonra müəllim əsəbiləşərək otaqdan çıxıb. Fariz onun arxasınca qida satışı hissəsinə gəlib və Afiqin orada əyləşib çay içdiyini görüb. Burada tərəflər arasında mübahisə, daha sonra dava olub.
Zərərçəkən isə bildirib ki, oğlunun digər şagirdlərlə dalaşdığını görüb və onları ayırıb. Sonra bu barədə direktor müavini ilə danışmağa gedib. Bu zaman Afiq adlı müəllimlə arasında məlum hadisə baş verib. Zərərçəkən ifadəsində Afiq müəllimin cəzalandırılmasını xahiş edib.
Məhkəmənin qərarı ilə Afiq Axundov 300 manat məbləğində cərimələnib.
Məşhurların olduğu təyyarə TƏCİLİ ENİŞ ETDİ
Ermənistan rəhbəri İkinci Qarabağ müharibəsində ölənlərin sayını bilmirmi?
Yasamalda maşın yandı; polislər söndürdü - VİDEO
Bakıda infarkt keçirən vətəndaşa belə kömək etdilər – VİDEO - YENİLƏNİB
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi











