Narkotik qəbul edənlər taksinin yolunu kəsdi – Sürücü bibər qazı ilə cavab verdi - VİDEO

Taksi sürücüsü ilə qeyri-adekvat davranışlar sərgiləyən şəxslər arasında münaqişə baş verib. Avtosfer.az xəbər verir ki, Rusiya paytaxtı Moskva ətrafındakı yaşayış məntəqələrinin birində baş verən hadisə kameraya düşüb. Məlumata əsasən, narkotik vasitələrin təsiri altında olduqları ehtimal edilən bir qrup şəxs özlərini hərəkətdə olan nəqliyyat vasitəsinin qarşısına ataraq sürücüyə maneə törədiblər. Taksi sürücüsü əvvəlcə avtomobildən düşərək həmin şəxsləri yoldan uzaqlaşdırmağa çalışsa da, qarşı tərəf aqressiv hərəkətlərini davam etdirərək təkrarən maşına tərəf hücum çəkib.
Yaranmış təhlükəli vəziyyətdən çıxmaq və özünü müdafiə etmək məqsədilə sürücü bibər qazından istifadə etməli olub. Yalnız bundan sonra o, hadisə yerini tərk edə bilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Ərazidə ictimai asayişi pozan şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.
Sözügedən hadisənin görüntülərini təqdim edirik:
Namiq Musayev
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












