Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO

Neftçala rayonunun Qazaxbərəsi kəndində bayram hazırlıqları faciə ilə yekunlaşıb. Bayram süfrəsi üçün alış-veriş etmək istəyən iki qardaş - Rəvan və Əli Manaflılar avtomobil qəzası nəticəsində həyatlarını itiriblər. Mağazadan geri qayıdarkən qardaşlardan birinin sükanı arxasında olduğu avtomobil idarəetmənin itirilməsi nəticəsində evlərinə cəmi 20 metr qalmış yol kənarındakı kanala aşıb. Zərbənin təsirindən qaz borusu qırılıb və avtomobil suya düşüb. Hər iki qardaş hadisə yerində həlak olublar. Onların cansız bədənləri sudan çıxarılaraq ailələrinə təhvil verilib.
Avtosfer.az xəbər verir ki, hadisə ilə bağlı danışan qardaşların babası Zakir Manafov Baku TV-yə bildirib: "Böyük arzularım var idi. Hamısı getdi. Ən təhlükəli yer oradır. Həmin yerə yüzlərlə maşın düşüb, amma baxan yoxdur".
Qonşuların sözlərinə görə, həmin ərazi illərdir təhlükə mənbəyi olub. Bu dəfə də sözügedən yerdə iki gəncin ömrü yarımçıq qaldı. Onların valideynləri Bakı şəhərində yaşayır, ailə bayram münasibətilə kəndə toplaşmışdı. Qardaşlardan biri son bir ildə babasının yanında qalırmış. Qeyd edək ki, ailədə elə iki övlad olub. Həlak olan gənclər kənd qəbiristanlığında yanaşı məzarlarda torpağa tapşırılıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












