Nepalda məktəb avtobusu dərəyə yuvarlandı: Ölənlər və yaralananlar var

Nepalda məktəb avtobusunun 200 metrdən çox hündürlükdən uçması nəticəsində ən azı beş nəfər həlak olub, 19 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Avtosfer.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, bədbəxt hadisə Nepalın Poxara bölgəsində qeydə alınıb.
Yol-nəqliyyat hadisəsi Bircaypur hərbi kazarmalarının şimalında, Poxara-28 rayonundakı Macxatxana yaxınlığında baş verib. İlkin ehtimallara əsasən, sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib və avtobus sıldırım yamacdan aşağı yuvarlanıb. Hadisə yerində dörd şagirdin və bir valideynin cəsədi aşkar edilib.
Təcili yardım və xilasetmə xidmətləri dərhal qəza yerinə cəlb olunaraq yaralı şagirdləri avtomobilin qalıqları altından çıxarıblar. Xəsarət alanlar təcili olaraq ətrafdakı xəstəxanalara yerləşdiriliblər.
Bildirilir ki, qəzadan sonra xilasedicilər dağın yamacında sağ qalanların axtarışlarını davam etdiriblər. Məlumata görə, axtarış-xilasetmə əməliyyatları zamanı bir polis əməkdaşı da xəsarət alıb.
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR












