“Oğlum onun qurbanlarından biri olub” - Həbs edilən sahibkarın atası

Ötən ilin 21 noyabrında Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğına görə həbs edilən Bəhruz Paşayevin atası istintaqın gedişatından narahatdır.
Avtosfer.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən Sabir Paşayev baş vermiş yanğına görə “İvolt” MMC-nin rəhbərinin məsuliyyət daşıdığını deyib.
O bildirib ki, faciəyə şirkətin texniki təhlükəsizlik tələblərinə əməl etməməsi səbəb olub: “Yasamal rayonu Mirəli Seyidov küçəsi 19A ünvanda baş verən yanğınla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İş üzrə oğlum Bəhruz Paşayev təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Artıq 4 aydan çoxdur ki, o, Bakı İstintaq Təcridxanasında saxlanılır. Lakin barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə barədə qərar çıxarılanda hadisənin səbəbi barədə heç bir ekspert rəyi olmayıb”.
S.Paşayevin sözlərinə görə, sonradan təyin edilmiş ekspertiza üzrə müvafiq rəy verilib: “Rəydə oğlum - “Taxes Group” MMC-nin direktoru Bəhruz Paşayevlə birlikdə “İvolt” MMC-nin direktoru Hacızadə Orxan Rüfət oğlunun işi düzgün təşkil etmədiklərinə, yanğın təhlükəsizliyi qaydalarına riayət etmədiklərinə görə qeyd edilən ünvanda yanğın hadisəsinin baş verdiyi göstərilib. Oğlum Bəhruz Paşayevin işi “Taxes Group” MMC-nin direktoru kimi “Loft Dent” adı altında işləyən stomatoloji klinikaya rəhbərlik etmək olub. Müştərilərə göstərilən xidmət çərçivəsində klinikanın qarşısına elektrik avtomobilləri üçün nəzərdə tutulmuş şarj stansiyası quraşdırmaq məqsədilə “İvolt” MMC-nin direktoru Hacızadə Orxan Rüfət oğlu ilə müqavilə bağlayıb”.
Ata yanğının texniki xidmət göstərən şirkətin məsuliyyətsizliyi ucbatından baş verdiyini iddia edib: “İşə məsuliyyətsiz yanaşan Orxan Hacızadə və onun komandası zəruri yoxlama və test tədbirləri görmədən, təhlükəsizlik qaydalarına riayət etmədən klinikanın qarşısında şarj stansiyası quraşdırıb və elektrik mənbəsinin normadan artıq yüklənməsinə və nəticədə yanğın hadisənin baş verməsinə səbəb olan cinayətkar əməlləri törədiblər. Sözügedən şarj stansiyalarından anlayışı olmayan oğlum Bəhruz Paşayev də onların məsuliyyətsiz hərəkətlərinin qurbanlarından biri olub. Qeyd edilənlərə baxmayaraq, “İvolt” MMC-nin direktoru Hacızadə Orxan Rüfət oğlu cinayət işi üzrə hələ də cinayət məsuliyyətdən kənarda qalıb. İstintaq zamanı Orxan Hacızadə şahid qismində dindirilsə də, barəsində tədbir görülməyib. Bu azmış kimi zərərçəkənlərə vurulmuş ziyanın ödənilməsi istiqamətində də heç nə etməyib”.
Qeyd edək ki, Bəhruz Paşayev 3 nəfərin ölümü, xeyli sakinin zəhərlənəməsi ilə nəticələnən hadisəyə görə ötən il noyabrın 24-də Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində ibtidai istintaq davam etdirilir.
Onu da qeyd edək ki, faciədə həyatını itirən 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov da sosial şəbəkədə hadisədə “İvolt.az” şirkətinin də təqsirinin müəyyən edildiyini paylaşıb. O da məsələ ilə bağlı ekspertizanın müvafiq rəyinin mövcud olmasına baxmayaraq, şirkətin rəhbər şəxslərinin bu günə qədər məsuliyyətə cəlb olunmadığını deyib.
Xırdalanda yeniyetmə maşının altında qalmaqdan son anda qurtuldu - ANBAAN VİDEO
Avtomobil piyadanı vurdu: "AzParking" heyəti vətəndaşın həyatını xilas etdi - VİDEO
Xırdalanda qayda pozan piyadalar təhlükəli vəziyyət yaratdı - VİDEO
Elektron siqaretə görə tələbənin ağciyərləri sıradan çıxdı
İnşaat materialları yandı, körpü əyildi - FOTO
Qobustandakı magistral yol niyə çöküb? - Ekspert səbəbləri AÇIQLADI - FOTO
Ucarda 46 yaşlı kişini maşın vurub öldürdü - Sürücü ərazidən qaçdı
Oğul anasını traktorla vurub öldürdü
Şəhərin mərkəzində təhlükəli anlar: Gənc qız avtomobilin qarşısına qaçdı - VİDEO
Goranboyda yük maşını piyadanı vurub öldürdü
Rusiyada qazdaşıyan sistern belə partladı – VİDEO










