Oğurluğa görə axtarılan DYP əməkdaşı tapıldı - 23 il bu cür gizlənib

Rusiyanın Sverdlovsk vilayətində zavoddan oğurluğa görə məhkum edilmiş keçmiş DYP əməkdaşının 23 il davam edən axtarışına son qoyulub.
Avtosfer.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Vaxtilə Polevskoy şəhərində çalışan həmin şəxs bir qrup insanla birlikdə zavoddan 700 min rubl dəyərində əlvan metal oğurlayıb. Ona yeddi il azadlıqdan məhrumetmə cəzası verilsə də, hökm oxunduqdan sonra qaçıb. O, balıq tutmağa getdiyini deyib və geri qayıtmayıb. Bu isə onun federal axtarışa verilməsi üçün əsas olub.
Keçmiş milis əməkdaşı illər boyu diqqətlə gizlənib, qohumları ilə əlaqəni kəsib, yeni ailə qurub və sənəd təqdim etməyi tələb etməyən iş tapıb.
Təxminən 15 il zibillikdə işləyib, daha sonra isə qonşu şəhərə köçərək qeyri-rəsmi şəkildə fəhlə və tornaçı kimi fəaliyyət göstərib. O, pasportunu göstərməməyə və kimliyinin müəyyənləşdirilə biləcəyi hər hansı vəziyyətdən yayınmağa çalışıb.
Bununla belə, hökm çıxarılandan 23 il sonra qaçaq saxlanılıb. Uzun müddət gizlənməsinə baxmayaraq, o, azadlığa buraxılmayıb və ilkin hökmə əsasən yeddi il müddətinə koloniyada cəza çəkməli olacaq.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












