Polis üç gənci həbs etdi – Özlərini partlatmaq istəyiblər

Fransada 13 noyabr hücumlarından ilhamlanaraq intihar hücumu planlaşdırmaqda şübhəli bilinən 19-24 yaşlarında üç gənc Şimal Daxili Təhlükəsizlik Baş İdarəsi tərəfindən həbs edilib.
Avtosfer.az xəbər verir ki, polis tərəfindən nəzarətə götürüldükdən sonra 3 şübhəli şəxsin ikisi ittiham olunaraq həbs edilib, üçüncüsü isə məhkəmə nəzarəti altına alınıb.
Bildirilir ki, şübhəlilər mümkün qədər çox ölümə səbəb olmaq üçün özlərini ictimai yerdə partlatmağı planlaşdırıblar.
“Le Parisien”in məlumatına görə, üçlük qaçılmaz hücumdan qorxan qohumunun məlumatı sayəsində polis tərəfindən saxlanılıb.
Müstəntiqlər şübhəlilərdən birinin evində aparılan axtarış zamanı atəş qurğusuna qoşulmuş fişənglər və nəhəng əldəqayırma partlayıcı olan TATP-nin hazırlanması üçün lazım olan inqrediyentlərin siyahısını əks etdirən sənədlərin olduğu əldəqayırma jilet tapıblar.
Hadisə ilə bağlı “cinayətkar terror təşkilatında iştirak” və “cinayətin və ya şəxsin toxunulmazlığına xələl gətirən cinayətin qarşısının alınmaması” maddələri ilə məhkəmə istintaqı açılıb.
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO
Səbailin icra başçısı inzibati xəta törədib - Cərimə oluna bilər
Qobuda qaranlıq küçələr, əyilmiş dirəklər – Təhlükə göz görə-görə qalır - VİDEO
Yaşıl işıqda “yatan” sürücü arxadakı maşınları gözlətdi - VİDEO












