Qızını boşatdırdığı üçün ARVADINI ÖLDÜRDÜ - Dəhşətli cinayətin DETALLARI - VİDEO

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən, şərti adı Adil Əliyev olan şəxsin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az xəbər verir ki, istintaqla müəyyən edilib ki, Adil Əliyev davamlı olaraq yaranan ailə münaqişələri zəminində arvadı, şərti adı Nərminə Əliyeva olan qadını öldürmək qərarına gəlib. Buna səbəb isə aralarında yaranan söz-söhbət olub.
Adil Əliyev bildirib ki, Nərminə Əliyeva ilə 1992-ci ildə ailə həyatı qurub. Onların nikahdan 4 övladları dünyaya gəlib. Ailə həyatı qurduqları ilk vaxtlar normal münasibətləri olsa da, təxminən 3 ildən sonra aralarında narazılıq yaranıb. Arvadı evdə ciddi səbəb olmadan mübahisə, söz-söhbət yaradıb, o isə övladlarına görə hər şeyə göz yumub. Axırıncı dəfə mübahisələri şərti adı Dəniz olan qızlarının boşanması ilə bağlı olub. Adil Əliyev qızının ailəsinin dağılmasında həyat yoldaşını günahkar bilib. Məhz bu səbəbdən onu öldürmək qərarına gəlib.
O, niyyətini həyata keçirmək üçün 2024-cü il yanvarın 11-də saat 19 radələrində yaşadığı Qaradağ rayonu, Qobustan qəsəbəsindəki evinə gəlib. Onların arasında növbəti dəfə mübahisə yaranıb. Bu zaman Adil Əliyev cibindən bıçağı çıxararaq həyat yoldaşına ardıcıl zərbələr endirməyə başlayıb.
İttiham aktında qeyd olunub ki, təqsirləndirilən şəxs Nərminə Əliyevanın boynundan, çiynindən, kürəyindən, döş qəfəsindən, qulaq arxasından, sol bazu nahiyəsinə ümumilikdə altı xəsarət yetirərək onu öldürüb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Nərminə Əliyevanın ölümünə boyun arteriyasının kəsilməsi ilə müşayiət olunan kəskin xarici qanitirmə səbəb olub.
Adil Əliyevə qarşı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Adil Əliyev 9 il müddətinə azadlıqdan məhrum olunub.
Daha ətraflı Baku TV-nin süjetində:
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












