Rusiya şəhərlərinə zərbə endirildi: ölənlər və yaralananlar var

Ukrayna Rusiyanın müxtəlif bölgələrinə gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.
Avtosfer.az Modern.az-a istinadla xəbər verir ki, Tambov vilayətinin Kotovsk şəhərində yerləşən logistika mərkəzinə PUA zərbəsi endirilib. Vilayət qubernatoru Yevgeni Pervışovun məlumatına görə, hadisə zamanı gecə növbəsində çalışan 7 nəfər həlak olub.
İlkin məlumata əsasən, 25 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 23-ü Kotovsk, Tambov və vilayət xəstəxanalarına yerləşdirilib. Yaralılardan birinin vəziyyəti son dərəcə ağır, 6 nəfərin vəziyyəti ağır, 16 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir. Əksər yaralanmaların qəlpə xəsarətləri olduğu qeyd edilir.
Hadisə yerinə təcili tibbi yardım briqadaları, FHN əməkdaşları, yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Logistika mərkəzində baş verən yanğın söndürülsə də, ərazidə təhlükəsizlik tədbirləri davam etdirilir.
Eyni zamanda, Moskva vilayəti də PUA hücumlarına məruz qalıb. Vilayət qubernatoru Andrey Vorobyovun sözlərinə görə, hücumlar nəticəsində ümumilikdə 26 nəfər xəsarət alıb.
Yaralılardan 24 nəfəri Elektrostal şəhərindəki anbar kompleksində qeydə alınıb. Daha iki nəfər isə Noqinskdə yardım alıb. Burada PUA-nın düşməsi nəticəsində neft bazasında yanğın baş verib.
Hadisə ilə əlaqədar neft bazasının yaxınlığında yerləşən doğum evi təxliyə olunub. Pasiyentlər və tibb personalı digər xəstəxanalara köçürülüb. Xüsusi tibbi yardıma ehtiyacı olan qadınlar Noqinsk, Balaşixa və Şolkovo şəhərlərindəki tibb müəssisələrinə yerləşdirilib. Bundan əlavə, yaxınlıqdakı çoxmənzilli yaşayış binasının sakinləri də təxliyə edilib.
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












