Şagirdin "iPhone"unu oğurlayıb 25 manata satdı

Bakıda məktəbli qarət olunub.
Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Yasamal rayonu, Mehdi Hüseynzadə parkında qeydə alınıb.
İttiham aktına görə, 42 yaşlı Sadiq Turabov (adı və soyadı şərtidir) 60 saylı orta məktəbin qarşısındakı parkda şagirdlərin futbol oynadığını və onlardan birinin çantasını oturacağın üzərinə qoyduğunu görüb. O, ətrafdakıların onu görmədiyindən əmin olaraq çantanı götürüb. Bir az irəlidə onun içindəki 7-ci sinif şagirdinin istifadə etdiyi, lakin anasına məxsus 3 000 manat dəyərində olan "iPhone 16 Pro Max" markalı telefonu götürüb, çantanı da səkiyə atıb.
Daha sonra Dövlət Statistika Komitəsinin yanında tanıdığı şəxsə zəng edərək telefonu satmaq istədiyini bildirib. Həmin şəxs də telefona baxaraq onun "iCloud"da olduğunu və ekranının sındığını deyərək 25 manata alıb.
Şagird isə telefonunun oğurlandığını biləndən sonra anasına məlumat verib. Anası və dayısı isə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinə gələrək ərizə yazıblar. Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sadiq Turabov və telefonu 25 manata alan şəxs saxlanılıblar. Digər şəxs izahat yazıb telefonu qaytarandan sonra sərbəst buraxılıb. Sadiqin barəsində isə cinayət işi açılıb.
S.Turabov ifadəsində peşman olduğunu deyib. Zərərçəkən şəxs də telefonun qaytarıldığını və təqsirləndirilən şəxslə barışdığını, şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə S.Turabov 1 il 7 ay müddətinə həbs edilib.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












