Süni intellektə inanmaq onu uçuruma apardı - FOTO

Kanadanın Britaniya Kolumbiyası əyalətində 16 yaşlı Brayss Vinsent Qovriluk dağlıq ərazidə marşrut planlaşdırması üçün süni intellekt çatbotu "Claude"dan istifadə edib. Lakin süni intellektin verdiyi yanlış istiqamətlər gənc alpinistin uçurumda çarəsiz qalmasına və təcili xilasetmə əməliyyatının başladılmasına səbəb olub.
Avtosfer.az xəbər verir ki, Qrouz dağının zirvəsinə qalxdıqdan sonra Kraun dağına doğru hərəkət etmək istəyən Qovriluk “Claude”un göstərişləri ilə marşrutdan tamamilə kənara çıxıb.
Süni intellektin yönləndirməsi nəticəsində gənc alpinist yalnız xüsusi kəndirlər və peşəkar avadanlıqla keçilməsi mümkün olan “Widowmaker Arete” qayalıq divarında ilişib qalıb.
Ərazinin son dərəcə dik olduğunu və irəliləyə bilmədiyini anlayan Qovriluk anasına zəng edərək kömək istəyib. Məlumat daxil olduqdan sonra Şimal Sahil Xilasetmə komandası əraziyə helikopter cəlb edib. Oğlanın uçuruma çox yaxın olması səbəbindən iki xilasedici aşağı endirilərək onu təhlükəsiz zonaya qaldırıb və təxliyə edib.



Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü
Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - FOTO












