Tale Heydərov iş adamı ilə razılığa gəlib - Azad olunmasına etiraz etmir

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun 12 milyon manatının ələ keçirilməsi ilə bağlı məhkəmə başlayıb. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına, Heydərovun aldadılması ilə bağlı iki məşhur iş adamı ittiham edilsə də, indi onlardan biri - “Azfinance İnvestisiya Şirkəti” QSC-nin direktoru İntiqam Səfərəliyev mühakimə olunur. Gənc biznesmen həbsdə saxlanılır, Bakı Ağır Cinayətlər Məhkəməsinə kanvoyun müşayiəti ilə gətirilib. Müdafiə tərəfini təmsil edən vəkillər prosesdə iştirak etmədiyi üçün bugünkü iclas təxirə salınıb.
Əldə etdiyimiz məlumata görə, Tale Heydərov artıq İntiqam Səfərəliyevlə razılıq əldə edib. O, daha əvvəl nümayəndəsi vasitəsilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsin həbsdən azad olunmasına etiraz etmədiyini bildirib. Bu barədə notarial qaydada təsdiq edilmiş sənəd də bu gün məhkəməyə təqdim olunub. Tale Heydərova dəymiş 11 milyon 903 min manat ziyanın ödənilib-ödənilmədiyi və tərəflər arasında razılaşmanın hansı şərtlə əldə olunduğu hələlik məlum deyil. Ona görə ki, nümayəndənin təqdim etdiyi sənəd bu gün elan edilməyib. İşin gedişatını diqqətdə saxlayacağıq.
Qeyd edək ki, bu iş üzrə “Azfinance İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasının sədri Abid Mamedov da cinayət məsuliyyətinə cəlb edilib. Lakin o, ölkədən qaçıb gizləndiyi üçün barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, axtarışa verilib. A.Mamedov daha əvvəl Heydərovlara aid olduğu deyilən AFB Bankın Müşahidə Şurası sədrinin müşaviri, İ.Səfərəliyev isə həmin şuranın üzvü olub.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












