"TikTok"da tanış olduğu şəxsin evindən oğurluq etdi

Qonaq getdiyi evdən oğurluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən nəlumatına görə, Ruslan adlı təqsirləndirilən şəxs "TikTok" platformasında tanış olduğu şəxsin evinə bir neçə dəfə qonaq gedib. Ev sahibi mətbəxdə məşğul olduğu zaman paltar dolabından 8400 manat dəyərində qızıl-ziynət əşyaları və 900 ABŞ dolları pul oğurlayıb. Ev sahibi hadisədən xəbər tutduqdan sonra hüquq-mühafizə orqanlarına şikayət edib. Ruslan saxlanılıb və ona Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işinə Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılib. Məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib.
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












