Xalq artistinin qardaşı qızının meyiti tapıldı - VİDEO

Bakı şəhər Nəsimi rayonu, Moskva prospekti 126 ünvanında yerləşən mənzillərin birində 71 yaşlı qadının meyiti tapılıb.
Avtosfer.az ARB-yə istinadən xəbər verir ki, vəfat edən Leyla Şeyxzamanova Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi olub, elmlər doktoru idi. O, mərhum aktyor, Xalq artisti Məmmədrza Şeyxzamanovun qardaşı qızıdır.
Bildirilib ki, uzun müddət tənha yaşayan qadın bir həftədən çoxdur mənzildən çıxmırmış. Binadan pis qoxu gəldiyi üçün qonşular polisə müraciət ediblər. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və pəncərədən mənzilə daxil olduqda məlum olub ki, 71 yaşlı qadın hamam otağında vəfat edib.
L.Şeyxzamanovanın 10 günə yaxındır işə getmədiyini görən həmkarları 23 saylı Mənzil İstismar Sahəsi ilə əlaqə saxlayıblar. Çağırış əsasında FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində qadının meyiti mənzildən çıxarılıb.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır, ölüm səbəbi müəyyənləşdirilir.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












